15 iyun 2026. Bazar ertəsi

Ferran Torres "Barselona"dakı gələcəyi ilə bağlı danışmaq istəmədi


Ferran Torres "Barselona"dakı gələcəyi ilə bağlı danışmaq istəmədi

İspaniya millisinin hücumçusu Ferran Torres Yaşıl Burun adalarına qarşı keçiriləcək dünya çempionatının ilk oyunu öncəsi klub karyerası ilə bağlı müzakirələrdən yayınmağa üstünlük verib.

90deqiqe.Az xəbər verir ki, hücumçu hazırda bütün diqqətini yalnız milli komandadakı çıxışına yönəltdiyini bildirib.

"Bu barədə məlumatım yoxdur və hazırda məni maraqlandıran məsələ də deyil. Mənim üçün ən vacib olan dünya çempionatındakı ilk oyundur", - deyə Torres bildirib.

Daha sonra futbolçuya növbəti mövsümdə özünü "Barselona"nın heyətində görüb-görmədiyi ilə bağlı sual verilib.

"Hazırda özümü yalnız bazar ertəsi Yaşıl Burun adalarına qarşı keçiriləcək oyunda görürəm", - deyə hücumçu cavab verib.

Bundan əvvəl "Barselona" rəhbərliyinin futbolçu ilə yeni müqavilə üzrə danışıqlara başlamaq imkanını nəzərdən keçirdiyi bildirilmişdi. Lakin oyunçunun ətrafı hələlik klubdan rəsmi təklif almayıb.

Ferran Torresin qüvvədə olan müqaviləsi 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.

İspaniya millisi dünya çempionatındakı çıxışına iyunun 15-də Yaşıl Burun adaları seçməsinə qarşı keçiriləcək oyunla başlayacaq.







İspaniya L.L.

Salqado Yamalı Messi ilə müqayisə etdi
  • İspaniya L.L.
  • 22:27 13.06.2026
Salqado Yamalı Messi ilə müqayisə etdi