15 iyun 2026. Bazar ertəsi

Xedira "Real Madrid"ə qayıdır


Xedira "Real Madrid"ə qayıdır

Almaniyanın sabiq milli üzvü Sami Xedira karyerasını məşqçi kimi "Real Madrid"də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, Madrid təmsilçisi 39 yaşlı keçmiş yarımmüdafiəçi ilə razılıq əldə edib.Bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

Xediranın iyul ayından etibarən komandada fəaliyyətə başlayacağı və baş məşqçi Joze Mourinyonun köməkçilərindən biri olacağı bildirilir.

Qeyd edək ki, Sami Xedira 2010-2015-ci illərdə "Real Madrid"in formasını geyinib. O, məhz həmin dövrdə komandanın sükanı arxasında olan Joze Mourinyo ilə birlikdə çalışıb. Portuqaliyalı mütəxəssis ilk dönəmində 2010-2013-cü illərdə "kral klubu"na rəhbərlik edib.

Xatırladaq ki, daha əvvəl mətbuatda "Real Madrid"in sabiq müdafiəçisi Pepeyə də klubda vəzifə verilə biləcəyi barədə xəbərlər yayılmışdı. Onun da Mourinyonun məşqçilər korpusunda yer ala biləcəyi iddia olunurdu.







İspaniya L.L.

Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır
Salqado Yamalı Messi ilə müqayisə etdi
  • İspaniya L.L.
  • 22:27 13.06.2026
Salqado Yamalı Messi ilə müqayisə etdi