3 avqust 2026. Bazar ertəsi

"Flik və de la Fuente futbolçulara inam verir"


"Flik və de la Fuente futbolçulara inam verir"

"Barselona"nın və İspaniya millisinin müdafiəçisi Pau Kubarsi komanda baş məşqçisi Hans-Diter Fliklə yığmanın çalışdırıcısı Luis de la Fuerte arasında müqayisə aparıb.

90deqiqe.Az-ın məlumatına görə, gənc futbolçu hər iki mütəxəssisin iş prinsiplərində çoxlu oxşarlıqların olduğunu bildirib.

"De la Fuente və Flik bir-birinə çox bənzəyirlər. Onlar həmişə futbolçulara kömək etməyə hazır olan insanlardır. Daha çox sizin səylərinizə diqqət yetirirlər, səhvlərinizə yox. Oyunçulara özünəinam qazandırırlar. İş metodlarında çoxlu ortaq cəhətlər var. Bu oyun üslubu mənim xoşuma gəlir", - deyə Kubarsi "Mundo Deportivo" nəşrinə açıqlamasında bildirib.

Qeyd edək ki, İspaniya millisi dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanı, Uruqvay və Kabo-Verde yığmaları ilə mübarizə aparacaq.







İspaniya L.L.

Reşford "Mançester Yunayted"ə qayıtdı
  • İspaniya L.L.
  • 23:19 30.07.2026
Reşford "Mançester Yunayted"ə qayıtdı