15 iyun 2026. Bazar ertəsi

Rafa Mirə 8,5 il həbs cəzası verildi


Rafa Mirə 8,5 il həbs cəzası verildi

İspaniya La Liqasında çıxış edən "Elçe" klubunda mövsümü başa vuran futbolçu Rafa Mir məhkəmə qərarı ilə azadlıqdan məhrum edilib.

90deqiqe.Az-ın “AS" nəşrinə istinadən məlumatına görə, Valensiya Muxtar Bölgəsinin Ali Ədalət Məhkəməsi İspaniya futbolçusunu cinsi zorakılıq və xəsarət yetirmə maddələri üzrə təqsirli bilib.

Qərara əsasən, Rafa Mir 8,5 il müddətinə azadlıqdan məhrum edilib və 64 min avro məbləğində cərimələnib. Hadisənin 2024-cü ildə baş verdiyi bildirilir.

Qeyd olunur ki, qərar hələ yekunlaşmayıb və tərəflərə rəsmi şəkildə təqdim edilib. Futbolçunun vəkillərinin hökmdən apellyasiya şikayəti verəcəyi gözlənilir.

Xatırladaq ki, Rafa Mir karyerasına "Barselona" akademiyasında başlayıb. O, müxtəlif dövrlərdə "Valensiya", "Vulverhempton", "Las Palmas", "Nottingem Forest", "Ueska", "Sevilya" və "Elçe" klublarının formasını geyinib.







İspaniya L.L.

Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır
Salqado Yamalı Messi ilə müqayisə etdi
  • İspaniya L.L.
  • 22:27 13.06.2026
Salqado Yamalı Messi ilə müqayisə etdi