- İspaniya L.L.
- 23:09 17.06.2026
"Real"ın yarımmüdafiəçisi Dani Sebalyos klubdan azad agent kimi ayrılacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, 29 yaşlı futbolçu ilə bağlı qərar artıq qəbul olunub və o, karyerasında yeni səhifə açmağa hazırlaşır. Sebalyosun baş məşqçi Xose Mourinyonun planlarına daxil olmadığı bildirilir.
Qeyd edək ki, İspaniya mətbuatının yazdığına görə, futbolçunun xidmətində "Betis" klubu maraqlıdır və transferi qısa müddətdə reallaşdırmaq niyyətindədir.
Sebalyos 2025/26 mövsümündə "Real Madrid"in heyətində bütün turnirlərdə 23 oyuna çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.
Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 7 milyon avro civarında qiymətləndirilir.