3 avqust 2026. Bazar ertəsi

“Rayo Valyekano” yeni baş məşqçisini açıqladı


“Rayo Valyekano” yeni baş məşqçisini açıqladı

İspaniyanın “Rayo Valyekano” klubunun baş məşqçisi bəlli olub.

90deqiqe.Az xəbər verir ki, La Liqa təmsilçisinin sükanı Beniat San-Xose Hilə tapşırılıb.

təcrübəli mütəxəssis əvvəllər müxtəlif ölkələrdə çalışıb. O, məşqçilik karyerasına “Real Sosyedad”ın gənclər komandasında başlayıb, daha sonra Səudiyyə Ərəbistanı, Çili, Boliviya, BƏƏ, Belçika və Meksikada fəaliyyət göstərib.

San-Xosenin əsas uğurları arasında 2018-ci ildə “Universidad Katolika” ilə Çili çempionluğu, Boliviyanın “Bolivar” klubu ilə bir neçə titul və Libertadores Kubokunda 1/4 finala yüksəliş yer alır.

2025-ci ilin fevralından “Eybar”ı çalışdıran mütəxəssis bu müddətdə komanda ilə 60 oyuna çıxıb.

Qeyd edək ki, “Rayo Valyekano” ötən mövsüm La Liqanı 8-ci pillədə başa vurub və Konfrans Liqasının finalına qədər irəliləyib. Komandanın əvvəlki baş məşqçisi İnyiqo Peres isə şəxsi istəyi ilə vəzifəsindən ayrılıb.







İspaniya L.L.

Reşford "Mançester Yunayted"ə qayıtdı
  • İspaniya L.L.
  • 23:19 30.07.2026
Reşford "Mançester Yunayted"ə qayıtdı