20 iyun 2026. Şənbə

Mourinyo Karrerasın qarşısına şərt qoydu


Mourinyo Karrerasın qarşısına şərt qoydu

“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın müdafiəçisi Alvaro Karrerasla görüş keçirib.

 90deqiqe.Az-ın məlumatına görə, Mourinyo 23 yaşlı futbolçu ilə söhbət edərək onun komandadakı gələcək rolunu müzakirə edib.

Portuqaliyalı mütəxəssis Karrerasa açıq şəkildə bildirib ki, Kukurelya əsas heyət üçün transfer olunub. Lakin müdafiəçi start heyətində yer uğrunda rəqabət aparmağa qadir olduğunu düşünürsə, bu, komandanın xeyrinə olacaq.

Mourinyo qeyd edib ki, əks halda futbolçu özünə yeni klub axtarmalı olacaq. Son qərar isə Karrerasın özündən asılıdır.

Daha əvvəl Madrid klubunun Mark Kukurelyanı transfer etdikdən sonra Karrerasla yollarını ayırmağı planlaşdırdığı barədə məlumat yayılmışdı.

“Real” ötən yay müdafiəçinin transferi üçün 50 milyon avro ödəyib. Karreras Madrid təmsilçisinin heyətində keçirdiyi 40 oyunda iki qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.

Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır