- İspaniya L.L.
- 17:20 20.06.2026
Madrid “Real”ının yay transfer planları ilə bağlı yeni məlumatlar yayılıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O klub prezidenti Florentino Peresin “Bavariya”nın cinah yarımmüdafiəçisi Maykl Oliseni yeni “qalaktikos” layihəsinin əsas fiquru kimi gördüyünü qeyd edib.
Məlumata əsasən, Olisenin adı son həftələrdə “Real” rəhbərliyinin daxili müzakirələrində mütəmadi hallanır və fransalı futbolçu komandanın əsas transfer prioriteti hesab olunur. Eyni zamanda, Xulian Alvareslə bağlı yayılan xəbərlərin diqqəti yayındırmaq məqsədi daşıdığı bildirilir.
Bununla belə, insayder bu keçidin reallaşmasının çətin olduğunu vurğulayıb. “Bavariya” 24 yaşlı futbolçunu satmaq niyyətində deyil və onunla yeni və daha sərfəli şərtlərlə müqavilə uzatmağı planlaşdırır.
Hazırda Maykl Olise bütün diqqətini Fransa millisinin heyətindəki çıxışlarına yönəldib.