5 avqust 2026. Çərşənbə

La Liqaya yüksələn sonuncu komanda məlum oldu


La Liqaya yüksələn sonuncu komanda məlum oldu

“Malaqa” İspaniya çempionatının 2026/2027-ci illər mövsümündə yüksək dəstədə çıxış edəcək sonuncu komanda olub.

90deqiqe.Az xəbər verir ki, bu, komandanın elit liqada iştirak hüququ uğrunda keçirilən pley-off mərhələsinin cavab final görüşündə “Almeriya” üzərində 2:1 hesablı qələbə qazanmasından sonra rəsmiləşib. Tərəflər arasında keçirilən ilk qarşılaşma qolsuz bərabərliklə yekunlaşmışdı.

Qalib komandanın heyətində Karlos Ruiz Rubio 65-ci, David Larrubiya isə 71-ci dəqiqədə fərqlənib. “Almeriya”nın yeganə qolunu isə 76-cı dəqiqədə Leo Baptistao vurub.

Bundan əvvəl yüksək dəstəyə vəsiqə qazanan digər komandalar Santander təmsilçisi “Rasinq” və La-Korunya şəhərinin “Deportivo” klubu olub.

2025/2026-cı illər mövsümünün yekunlarına əsasən, “Oviedo”, “Jirona” və “Malyorka” yüksək dəstə ilə vidalaşıb. Həmin komandalar növbəti mövsümdə mübarizəni ikinci liqada davam etdirəcəklər.







İspaniya L.L.

Reşford "Mançester Yunayted"ə qayıtdı
  • İspaniya L.L.
  • 23:19 30.07.2026
Reşford "Mançester Yunayted"ə qayıtdı