22 iyun 2026. Bazar ertəsi

"O, futbolun Maykl Cordanıdır"


"O, futbolun Maykl Cordanıdır"

"Barselona"nın sabiq yarımmüdafiəçisi Xavi Hernandes Lionel Messi ilə ilk məşqlərini xatırlayıb və argentinalı ulduzun 2026-cı il dünya çempionatındakı çıxışını dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərinə görə, Messi oyunu dərk etmək bacarığı ilə digərlərindən tamamilə fərqlənir.

"Messi barədə ilk dəfə gənclər komandasının məşqçisindən eşidəndə buna şübhə ilə yanaşmışdım. Lakin 2004-cü ildə onunla keçirdiyim ilk məşq zamanı gördüklərimə inanmadım. Karles Puyol, Viktor Valdes, Deko, Ronaldinyo – hamımız bir-birimizə baxırdıq və başa düşürdük ki, bu, adi hal deyil. Leonun cəmi 16 yaşı var idi, amma o, artıq klubun ən güclü futbolçularından birinə çevrilmişdi", – deyə Xavi bildirib.

O, Messini futbol tarixinin ən böyük idmançılarından biri ilə müqayisə edib:

"Messi futbol dünyasının Maykl Cordanıdır. O, təkrarsızdır. Başqa bir futbolçu onun yerində olsaydı, 2022-ci il dünya çempionatındakı qələbədən sonra karyerasını başa vurardı. Lakin Leo əsl rəqabət adamıdır. O, yenidən dünya çempionu ola biləcəyinə inanır".

Xavi argentinalı hücumçunun uğurunun əsas səbəblərindən birini də açıqlayıb.

"O, daim ətrafına baxır, meydanda baş verən hər şeyi izləyir. Hər şey onun beynində formalaşır. Bəzən sadəcə yeriyirmiş kimi görünür, amma həmin an meydanı təhlil edir. Heç bir mübaliğə olmadan deyə bilərəm ki, Messi İnyesta, Buskets, Puyol və ya mənim mövqeyimdə oynasaydı, həmin mövqelərin ən yaxşı futbolçuları səviyyəsində çıxış edərdi. Bu gün də vəziyyət dəyişməyib.

Əlcəzairlə oyundan sonra ona mesaj yazdım. Bildirdim ki, meydanda etdikləri zarafata bənzəyir. Onun oyununa baxanda yalnız heyrətlənmək və gülümsəmək qalır. Bu, həqiqətən də inanılmazdır", – deyə Xavi vurğulayıb.







İspaniya L.L.

"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"
Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi