25 iyun 2026. Cümə axşamı

"Bu, böyük qürurdur"


"Bu, böyük qürurdur"

Müdafiəçi Mark Kukurelya Madrid "Real"ına keçidindən və komandanın baş məşqçisi Joze Mourinyo ilə ilk təmasından danışıb.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu bildirib ki, portuqaliyalı mütəxəssisdən zəng almaq onun üçün xüsusi məna daşıyıb.

"Murinyo səviyyəsində bir məşqçinin sənə zəng etməsi qürurvericidir. O, əvvəlcə mənə yazdı, daha sonra zəng etdi. Belə bir məşqçinin sənə zəng edib planlarından danışması çox önəmlidir. Onunla işləməyə başlamağı səbirsizliklə gözləyirəm.

Hazırda əla formadayam və "Real"da oynamaq üçün çox həvəsliyəm. Bu, böyük çağırışdır. "Real"da bütün futbolçular yüksək səviyyəlidir və əsas heyətə düşmək asan deyil. Hər oyunda yüz faiz hazır olmalısan. Bütün komandalar "Real"ı məğlub etmək istəyir", – deyə Kukurelya bildirib.

Qeyd edək ki, Joze Mourinyo daha əvvəl 2010-2013-cü illərdə də Madrid təmsilçisini çalışdırıb.







İspaniya L.L.

"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"
Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır