14 iyul 2026. Çərşənbə axşamı

Kukurelya Vinisiusla birlikdə oyun planından danışdı


Kukurelya Vinisiusla birlikdə oyun planından danışdı

Madrid "Real"ına transfer olunan müdafiəçi Mark Kukurelya komandanın hücumçusu Vinisius Juniorla eyni cinahda çıxış etmək barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, ispaniyalı futbolçu braziliyalı ulduzla uyğunlaşmaqda problem görmədiyini bildirib.

"Düşünürəm ki, yaxşı anlaşacağıq. Onun müdafiəyə qayıtmaması mənim üçün problem deyil. Əgər istəməsə, bütün işi öz üzərimə götürəcəyəm. Əsas odur ki, o, meydanda çevik və enerjili olsun, qollar vursun. Müdafiədə görüləcək işləri isə mən yerinə yetirərəm.

Vinisius Çempionlar Liqasında keçirdiyi mövsümlərdə "Real" üçün nə qədər vacib futbolçu olduğunu dəfələrlə sübut edib", – deyə Kukurelya bildirib.

Qeyd edək ki, Madrid təmsilçisi 2025/26 mövsümünü titulsuz başa vurub. Komandanın baş məşqçi postuna isə bu yaxınlarda Joze Mourinyo təyin olunub. Portuqaliyalı mütəxəssis daha əvvəl 2010-2013-cü illərdə də "Real"ı çalışdırıb.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı
Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir