- İspaniya L.L.
- 23:50 24.06.2026
İspaniya millisinin müdafiəçisi Mark Kukurelya komanda yoldaşı Lamin Yamalın inkişafı barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, futbolçu bildirib ki, gənc vinger son illərdə ciddi irəliləyiş əldə edib və daha yetkin oyun sərgiləyir.
“Yamal həm futbolçu kimi, həm də şəxsiyyət olaraq sürətlə inkişaf edir. Avropa çempionatından sonrakı iki il ərzində çox böyük addım atıb. Hazırda daha yetkindir. Yaşına baxsaq, hələ uşaqdır, amma artıq meydanda kişi kimi davranır. Yaş sadəcə rəqəmdir, mən onda çox yetkin bir insan görürəm”, – deyə Kukurelya bildirib.
Qeyd edək ki, İspaniya millisi hazırkı Avropa çempionudur. Luis de la Fuentenin rəhbərlik etdiyi komanda dünya çempionatının seçmə mərhələsində iki turdan sonra 4 xalla H qrupuna başçılıq edir. “Qırmızı furiya” Kabo-Verde ilə 0:0 hesablı heç-heçə edib, Səudiyyə Ərəbistanını isə 4:0 hesabı ilə məğlub edib.