18 iyul 2026. Şənbə

"Real"ın futbolçularının uduzmasını istəyirəm"


"Real"ın futbolçularının uduzmasını istəyirəm"

"Real"ın baş məşqçisi Joze Mourinyo dünya çempionatında çıxış edən futbolçularının tezliklə kluba qayıtmasını arzuladığını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis yığmaların heyətində mübarizə aparan oyunçuların turnirdə erkən mərhələdə mübarizəni dayandırmasının onun üçün daha məqsədəuyğun olduğunu vurğulayıb. Məqsəd futbolçuların mövsümöncəsi hazırlıq prosesinə daha tez qoşulmasıdır.

" Dünya çempionatından nə gözləyirəm? "Real"ın futbolçularının məğlub olmasını istəyirəm. Çünki onların mümkün qədər tez mövsümöncəsi hazırlığa qatılmasını arzulayıram", – deyə Mourinyo bildirib.

Baş məşqçinin bu açıqlamasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Mourinyonun arzusunun ilk gerçəkləşdiyi futbolçulardan biri Arda Gülər olub. Türkiyə millisi dünya çempionatında pley-off mərhələsinə yüksəlmək şansını erkən itirən komandalar sırasında yer alıb.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı