25 mart 2026. Çərşənbə

Barselona'dan getmək istəyirdim - Messi


Barselona'dan getmək istəyirdim - Messi

"Vaxt vardı müəyyən səbəblərə görə özümü yorğun hiss edirdim. Xüsusilə 2013-14-cü il ərəfəsi vergi xidməti ilə problemlərim vardı. Bu, həm mənim, həm də ailəm üçün ağır mərhələ idi”.

Corner.az-ın AS nəşrinə istinadən xəbərinə görə, bu sözləri “Barselona”nın hücumçusu Lionel Messi “El Mon a RAC1”ə müsahibəsində deyib.

“İnsanlar o vaxt nələr baş verdiyini bilmirdilər. Bu, mənim həyatımda ilk belə hadisə idi deyə, ağır keçirdim. Bundan başqa, o vaxt heç nəyi anlayamayan körpə uşağım vardı. Sadə zamanlar deyildi. O zaman “Barselona”dan getmək barədə düşünürdüm. Amma  klubuma görə yox, baş verənlər səbəbindən. Düşünürdüm ki, mənimlə pis davranırlar”.(qol)







İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi