- İspaniya L.L.
- 21:57 28.06.2026
Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Madrid "Real"ının baş məşqçisi Joze Mourinyonun onu yenidən komandaya qaytarmaq istədiyi ilə bağlı yayılan iddialara münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə jurnalist Alberto Pereyroya açıqlamasında danışıb.
"Mourinyo məni yenidən komandaya dəvət edib? Xeyr, xeyr", – deyə Modriç gülərək cavab verib.
39 yaşlı yarımmüdafiəçi portuqaliyalı mütəxəssis haqqında da xoş fikirlər səsləndirib:
"Ona həmişə uğurlar arzulayıram. O, möhtəşəm məşqçidir və dünyanın ən yaxşılarından biridir. Joze ilə xüsusi münasibətim var", – deyə o bildirib.
Qeyd edək ki, Luka Modriç 2012-2025-ci illərdə Madrid "Real"ının şərəfini qoruyub. O, bu müddətdə altı dəfə UEFA Çempionlar Liqasının, dörd dəfə İspaniya çempionatının, iki dəfə İspaniya Kubokunun qalibi olub. Bundan başqa, beş dəfə İspaniya Superkubokunu, Klublararası dünya çempionatını və UEFA Superkubokunu qazanıb. 2024-cü ildə isə "Real"la birlikdə Qitələrarası Kuboka sahib çıxıb.
Xorvatiyalı futbolçu ötən mövsüm İtaliyanın "Milan" klubunun formasını geyinib.