23 noyabr 2024. Şənbə

Real'ın formasına qarşı allergiyam var - Pike


Real'ın formasına qarşı allergiyam var - Pike

"Məni fitə bassalar, daha yaxşı oynayaram. Tənqid olunanda inkişaf edirəm. Milli komandada məni fitə basmışdılar. Amma bu, yığmadakı ən yaxşı ilim idi".

Corner az xəbər verir ki, bu sözləri İspaniya millisi və "Barselona"nın futbolçusu Jerar Pike "Sport.es"ə açıqlamasında deyib.


Təcrübəli müdafiəçi əzəli rəqibləri "Real" haqda da danışıb. O, uşaqlıqdan indiyədək heç vaxt Madrid klubunun formasının geyinmədiyini, bu formaya qarşı allergiyasının olduğunu bildirib: "Məncə, nə vaxtsa "Real" futbolçuları ilə forma dəyişdirmişəm, ancaq heç vaxt o formanı geyinməmişəm. "Real"ın formasına qarşı allergiyam var".

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Pike 2008-ci ildən Kataloniya klubunda çıxış edir.(qol)







İspaniya L.L.

Yamal komanda ilə məşq etmədi
  • İspaniya L.L.
  • 16:16 21.11.2024
Yamal komanda ilə məşq etmədi
Endrik "Real Madrid"i tərk etməyəcək
  • İspaniya L.L.
  • 15:28 21.11.2024
Endrik "Real Madrid"i tərk etməyəcək