30 iyun 2026. Çərşənbə axşamı

"Real Madrid" və Florentino Peresdən Venesuelaya 2 milyon avroluq yardım


"Real Madrid" və Florentino Peresdən Venesuelaya 2 milyon avroluq yardım

"Real Madrid" klubu və onun prezidenti Florentino Peres Venesuelada baş verən zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə ümumilikdə iki milyon avro ianə ayıracaqlar.

90deqiqe.Az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, klub zəlzələlər nəticəsində zərər çəkən insanlara və çətin vəziyyətə düşən ailələrə yardım üçün bir milyon avro vəsait köçürəcək. Florentino Peres də eyni məbləğdə şəxsi ianə edəcək.

Bundan əlavə, "Real Madrid" Fondu Qırmızı Xaç təşkilatı ilə birgə zərərçəkənlər üçün yardım kampaniyasına start verib.

"Bu ağır günlərdə Venesuela xalqına dəstəyimizi, sevgimizi və həmrəyliyimizi ifadə edirik", – deyə klubun rəsmi açıqlamasında bildirilib.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"