- İspaniya L.L.
- 23:37 30.06.2026
"Barselona"nın hücumçusu Lamin Yamal Kataloniya təmsilçisinin heyətinə yeni hücumçunun cəlb olunması ehtimalı ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, jurnalist Fabritsio Romano futbolçunun dediklərini belə çatdırıb.
"Mən Xulian Alvaresi çox bəyənirəm. Mikel Oyarzabalı da yüksək qiymətləndirirəm. Amma bu məsələ mənim deyil, klubun qərarından asılıdır", – deyə futbolçu bildirib.
Qeyd edək ki, Lamin Yamal "Barselona"nın yetirməsidir. Onun klubla müqaviləsinin müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulub.
İspaniyalı futbolçu 2025/2026 mövsümündə bütün turnirlərdə 45 oyuna çıxıb, 24 qol vurub və 18 məhsuldar ötürmə müəllifi olub. Hazırda onun transfer dəyəri 200 milyon avro qiymətləndirilir.