1 iyul 2026. Çərşənbə

"Ceyms Bond obrazını canlandırmaq istərdim"


"Ceyms Bond obrazını canlandırmaq istərdim"

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem futbol karyerasından kənarda hansı sahədə fəaliyyət göstərmək istədiyi barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "Madrid Zone" futbolçunun dediklərini belə çatdırıb.

"Mən filmlərdə çəkilmək istəyirəm. Məsələn, Ceyms Bond haqqında filmin sonunda görünməkdən böyük zövq alardım. Bond haqqında çəkilən bütün filmlərə baxmışam. Şon Konnerinin də, Rocer Murun da canlandırdığı obrazları izləmişəm. Ceyms Bondu çox sevirəm.

Ceyms Bond rolunu oynamaq? Böyük məmnuniyyətlə bu obrazı canlandırardım. Amma əvvəlcə aktyorluğu öyrənməliyəm", – deyə Bellinqem bildirib.

Qeyd edək ki, Cud Bellinqem 2025/2026 mövsümündə bütün turnirlərdə "Real"ın heyətində 40 oyuna çıxıb, səkkiz qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb.

İngiltərəli futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.







İspaniya L.L.

"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"