- İspaniya L.L.
- 23:48 02.07.2026
“Barselona”nın uruqvaylı müdafiəçisi Ronald Arauxo Kataloniya klubunda qalmaq istəyir.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Cadena Ser” nəşri məlumat yayıb.
27 yaşlı futbolçunun çoxsaylı transfer şayiələrinə baxmayaraq “blauqrana”dan ayrılmaq niyyətində olmadığı bildirilir. Bununla belə, klub rəhbərliyi əlverişli təklif gələcəyi təqdirdə müdafiəçini satmağa qarşı deyil.
Qeyd edək ki, Arauxonun “Barselona” ilə mövcud müqaviləsi 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulub. Mütəxəssislər onun transfer dəyərini təxminən 20 milyon avro olaraq qiymətləndirirlər.
Xatırladaq ki, ötən mövsümdə Ronald Arauxo İspaniya La Liqasında 24 oyunda meydana çıxıb, 3 qol vurub və 2 sarı vərəqə alıb.