- İspaniya L.L.
- 21:55 06.07.2026
"Barselona"nın sabiq futbolçusu Tyaqo Alkantara hazırda dünyanın ən yaxşı futbolçusunun kim olduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, ispaniyalı keçmiş yarımmüdafiəçi nə Lamin Yamalı, nə də "Qızıl top"un sahibi Usman Dembeleyi seçib.
"Yamal fenomenal futbolçudur. O, istənilən yerdə və istənilən komanda ilə qalib gələ bilər. Düşünürəm ki, yaxın illərdə dünyanın ən yaxşısı olacaq. Amma hazırda ən yaxşı futbolçu onun komanda yoldaşı Pedridir. O, öz mövqeyində dünyanın bir nömrəsidir. Mən onu Andres İnyesta ilə müqayisə edirəm", - deyə Tyaqo Alkantara bildirib.
Qeyd edək ki, Pedri və Lamin Yamal hazırda İspaniya millisinin heyətində dünya çempionatı-2026-nın pley-off mərhələsində çıxış edirlər. İspaniya millisi bu gün 1/8 final mərhələsində Portuqaliya ilə qarşılaşacaq.