7 iyul 2026. Çərşənbə axşamı

"Real Madrid" Mbappe ilə bağlı irqçi açıqlamaya sərt reaksiya verdi


"Real Madrid" Mbappe ilə bağlı irqçi açıqlamaya sərt reaksiya verdi

"Real Madrid" Paraqvay senatoru Seleste Amarilyanın klubun futbolçusu və Fransa millisinin hücumçusu Kilian Mbappe barədə səsləndirdiyi irqçi və ksenofob xarakterli fikirləri qətiyyətlə pisləyib.

90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniya nəhəngi rəsmi bəyanat yayıb.

"Real Madrid Futbol Klubu Paraqvay senatoru Seleste Amarilyanın futbolçumuz Kilian Mbappeyə qarşı səsləndirdiyi qəbuledilməz irqçi və ksenofob bəyanatları ən sərt şəkildə qınayır.

Klubumuz siyasi nümayəndəyə yaraşmayan bu cür açıqlamaları qətiyyətlə pisləyir və dünyada, xüsusilə də milyonlarla uşaq üçün örnək olan futbolçumuz Kilian Mbappeyə tam dəstəyini ifadə edir.

Nifrət çağırışları cəmiyyətdə yolverilməzdir. Futbol və ümumilikdə idman bərabərlik və həmrəylik platformasıdır. "Real Madrid" irqçilik, ksenofobiya və zorakılığın tamamilə aradan qaldırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək", - deyə klubun bəyanatında bildirilir.







İspaniya L.L.

Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"