- İspaniya L.L.
- 23:54 08.07.2026
Madrid "Real"ı yarımmüdafiəçisi Cud Bellinqemlə yeni müqavilə imzalamağı planlaşdırır.
90deqiqe.Az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Məlumata görə, Madrid klubu futbolçunun uğurlu mövsümü və dünya çempionatındakı çıxışından sonra ona uzunmüddətli yeni müqavilə təklif etmək niyyətindədir.
Bildirilir ki, "Real" ingiltərəli yarımmüdafiəçinin illik maaşını 18,2 milyon avrodan 24,3 milyon avroya qədər artırmağa hazırdır. Bu halda Bellinqem klubun ən çox qazanan futbolçularından birinə çevriləcək.
Qeyd edək ki, 23 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Cud Bellinqemin "Real"la hazırkı müqaviləsi 2029-cu ilin ortalarınadək qüvvədədir.