- İspaniya L.L.
- 23:16 10.07.2026
Joze Mourinyo "Real"ın baş məşqçisi kimi fəaliyyətə başlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssisin ilk iş günündən fotolar paylaşılaraq onun 2026/2027 mövsümünə hazırlığa başladığını açıqlayıb.
Qeyd edək ki, "Real" ötən mövsümü heç bir titul qazana bilmədən başa vurub. Komandaya mövsümün ilk hissəsində Xabi Alonso, ikinci yarısında isə Alvaro Arbeloa rəhbərlik edib.
Joze Mourinyo daha əvvəl 2010–2013-cü illərdə də "Real"a baş məşqçilik edib. Həmin dövrdə Madrid təmsilçisi İspaniya çempionluğunu, ölkə kubokunu və İspaniya Superkubokunu qazanıb. Komanda Mourinyonun rəhbərliyi altında ardıcıl üç mövsüm Çempionlar Liqasının yarımfinalına yüksəlib.