12 iyul 2026. Bazar günü

Arbeloanın gəlişi "Fulhem"ə baha başa gəldi


Arbeloanın gəlişi "Fulhem"ə baha başa gəldi

"Barselona" Joan Qamper Kuboku ilə bağlı qərarında dəyişiklik edib.

90deqiqe.Az-ın məlumatına görə, Kataloniya klubu ənənəvi xeyriyyə turnirinə əvvəlcə İngiltərənin "Fulhem" klubunu dəvət etsə də, sonradan bu dəvəti geri götürüb.

Buna səbəb "Fulhem"in baş məşqçi postuna Madrid "Real"ının sabiq futbolçusu Alvaro Arbeloanın təyin olunması göstərilir. Nəticədə "Barselona" İngiltərə təmsilçisi əvəzinə Misirin "Əl-Əhli" klubu ilə qarşılaşacaq.

Joan Qamper Kuboku avqustun əvvəlində keçiriləcək.

Xatırladaq ki, "Barselona" ötən il bu turnirdə İtaliyanın "Komo" klubunu 5:0 hesabı ilə məğlub etmişdi. Hazırda Kataloniya təmsilçisinin aparıcı futbolçularının bir qismi dünya çempionatında iştirak edir. İspaniya millisi artıq yarımfinala vəsiqə qazanıb.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı
Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"