- İspaniya L.L.
- 20:28 12.07.2026
Madrid "Real"ının yeni transferi İbrahim Konate komandaya keçidi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Madrid Zone" futbolçunun dediklərini belə çatdırıb.
"Real Madrid" tarixdə ən böyük klubdur. Bu, mənim oynamaq arzusunda olduğum möhtəşəm komandadır. Lakin hələ "Real" formasını geyinməyənədək bunun baş verdiyinə tam inana bilmirəm", - deyə Konate bildirib.
Qeyd edək ki,fransalı müdafiəçi bu yay "Liverpul"la müqaviləsini yeniləməkdən imtina edərək azad agent statusunda "kral klubu"na qoşulub.
İspaniya çempionatının yeni mövsümü avqustun ortalarında start götürəcək. İlk turda Madrid "Real"ı doğma meydanda ötən mövsüm İspaniya kubokunun qalibi olan "Real Sosyedad"ı qəbul edəcək.