- İspaniya L.L.
- 23:49 14.07.2026
"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq zədə səbəbindən Niderland millisinin düşərgəsini vaxtından əvvəl tərk edərək klubuna qayıdıb.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi futbolçunun aldığı zədənin ciddi olmasından ehtiyatlanır. Bildirilir ki, yarımmüdafiəçi dörd aya qədər yaşıl meydanlardan kənarda qala bilər. Bununla belə, "Barselona" həkimlərin yekun rəyini gözləyir.
Frenki de Yonq 2019-cu ildə 86 milyon avro qarşılığında "Ayaks"dan "Barselona"ya transfer olunub. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.
Niderlandlı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə "Barselona"nın heyətində 38 oyunda meydana çıxıb, bir qol vurub və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.