15 iyul 2026. Çərşənbə

"Real Madrid"in yeni oyun modeli bəlli oldu


"Real Madrid"in yeni oyun modeli bəlli oldu

"Real Madrid"in yeni baş məşqçisi Joze Mourinyo komandanın onun rəhbərliyi altında hansı taktiki sxemlə çıxış edəcəyinə qərar verib.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Madrid təmsilçisinin 4-2-3-1 düzülüşü ilə oynamasını planlaşdırır. Bu sxemdə iki dayaq yarımmüdafiəçisindən istifadə olunacaq.

Bildirilir ki, dayaq yarımmüdafiəçilərindən biri yalnız müdafiə funksiyalarını yerinə yetirəcək və öz mövqeyinə sadiq qalacaq. Bu rolda Orelyen Çuameni nəzərdə tutulur.

İkinci dayaq yarımmüdafiəçisi isə meydanda daha çox sərbəstlik əldə edəcək. Həmin mövqedə Federiko Valverde və ya klubun yay transfer dönəmində heyətə cəlb edə biləcəyi yeni yarımmüdafiəçinin çıxış etməsi gözlənilir.

Xatırladaq ki, "Real Madrid" 2025/26 mövsümünün yekununda İspaniya çempionatını ikinci pillədə başa vurub. Madrid təmsilçisi çempionluq yarışında "Barselona"ya uduzub.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı