- İspaniya L.L.
- 23:49 14.07.2026
"Real Madrid" "Neqreyra işi" ilə bağlı "Barselona"nın cəzalandırılması istiqamətində addımlarını davam etdirir.
90deqiqe.Az-ın “AS”a istinadən məlumatına görə, Madrid təmsilçisi Avropa Futbol Assosiasiyaları İttifaqına müraciət edərək "Barselona"nın Xose Mariya Neqreyranın fəaliyyəti dövründə qazandığı bütün titulların ləğv olunmasını tələb edib.
Bununla yanaşı, "Real Madrid" məhkəmədən "Barselona"nın 2010–2018-ci illəri əhatə edən daxili nəzarət sistemi ilə bağlı sənədləri təqdim etməsini istəyib. Məqsəd həmin dövrdə klubda korrupsiyanın qarşısının alınması üçün hansı tədbirlərin görüldüyünü və bu mexanizmlərin praktikada necə işlədiyini müəyyənləşdirməkdir.
Xatırladaq ki, daha əvvəl "Barselona"ya qarşı rəsmi ittiham irəli sürülüb. İstintaqın versiyasına əsasən, Kataloniya təmsilçisi uzun illər ərzində Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Neqreyra ilə əlaqəli şirkətlər vasitəsilə ona müxtəlif ödənişlər həyata keçirib.