- İspaniya L.L.
- 23:31 17.07.2026
"Barselona" klubu 2026/2027 mövsümünə hazırlıq çərçivəsində İtaliyanın Udine şəhərində keçiriləcək üç komandalı turnirdə iştirak edəcəyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, turnirdə Kataloniya təmsilçisi ilə yanaşı, İtaliyanın "Udineze" və İngiltərənin "Nottingem Forest" komandaları da mübarizə aparacaq.
Yarış qısa formatda keçiriləcək. Proqrama hər biri 45 dəqiqə olmaqla üç qarşılaşma daxildir. Əgər əsas vaxtın sonunda hesab bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına müraciət ediləcək.
Turnir avqustun 8-də, şənbə günü baş tutacaq.
Turnirin oyun cədvəli:
"Udineze" – "Nottingem Forest"
"Barselona" – "Nottingem Forest"
"Udineze" – "Barselona"
"Barselona"nın rəsmi saytında qeyd olunub ki, bu turnir klub üçün xüsusi əhəmiyyət daşıyacaq. Kataloniya komandası 2005-ci il dekabrın 7-dən sonra, təxminən 21 illik fasilənin ardından Udine şəhərinə qayıdacaq. Həmin vaxt "Barselona" Çempionlar Liqasının qrup mərhələsində "Udineze" ilə qarşılaşmışdı.