- İspaniya L.L.
- 22:38 22.07.2026
"Barselona"nın sabiq yarımmüdafiəçisi Serxio Buskets yenidən Kataloniya təmsilçisinə qayıtmağa yaxındır.
90deqiqe.Az-ın “Sport.es”ə istinadən məlumatına görə, ispaniyalı futbolçu artıq klub rəhbərliyi ilə görüş keçirib və məşqçilik karyerasına "Barselona"nın sistemində başlamaq niyyətindədir.
Bildirilir ki, Buskets klubun məşq bazasına baş çəkərək "Barselona B" komandasının məşqçilər heyətinə qoşulmaq imkanını müzakirə edib.
Qeyd olunur ki, "Barselona" rəhbərliyi sabiq kapitanın təşəbbüsünə müsbət yanaşır. Klub hesab edir ki, Busketsin zəngin oyun təcrübəsi, futbol biliyi və yüksək nüfuzu gələcəkdə onun uğurlu məşqçiyə çevrilməsinə kömək edə bilər.
Xatırladaq ki, Serxio Buskets 2006-2023-cü illərdə "Barselona"nın şərəfini qoruyub. O, Kataloniya klubunun heyətində keçirdiyi 722 oyunda 60-dan çox qol epizodunda pay sahibi olub.