23 iyul 2026. Cümə axşamı

"Rodrinin "Real"a keçidi çətin görünür"


"Rodrinin "Real"a keçidi çətin görünür"

Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqu "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin "Real Madrid"ə mümkün transferi ilə bağlı yayılan iddialara münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, "Diario AS" sabiq futbolçunun dediklərini belə çatdırıb.

"Rodrinin "Real"a keçə biləcəyi ilə bağlı söhbətlər olduğunu bilirəm. Düşünürəm ki, bu transferi reallaşdırmaq çətin olacaq. Çünki onun "Mançester Siti" ilə qüvvədə olan müqaviləsi var. Amma hamı bilir ki, "Real" həmişə dünyanın ən yaxşı futbolçularını heyətinə qatmaq istəyir"

"Real Madrid"in sabiq futbolçusu Rodrini həmçinin "Qızıl top" mükafatına əsas namizədlər sırasında göstərib. O, bu siyahıya Kilian Mbappe, Vitinya və Dezire Dueni də daxil edib.

Qeyd edək ki, Rodrinin "Mançester Siti" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

30 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə keçirdiyi 33 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.

Serxio Buskets "Barselona"ya qayıda bilər
  • İspaniya L.L.
  • 22:38 22.07.2026
Serxio Buskets "Barselona"ya qayıda bilər
Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı