24 iyul 2026. Cümə

"Barselona"nın ulduzu təxminən dörd ay yaşıl meydanlardan uzaq qalacaq


"Barselona"nın ulduzu təxminən dörd ay yaşıl meydanlardan uzaq qalacaq

"Barselona" klubu 2026-cı il FIFA Dünya Çempionatından zədə ilə qayıdan yarımmüdafiəçi Frenki de Yonqun səhhəti ilə bağlı rəsmi açıqlama yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, tibbi müayinələrdən sonra Niderland millisinin üzvünün sağ dizinin daxili yan bağında yırtıq aşkarlanıb. Futbolçunun müalicəsinə dərhal başlanıldığı, bərpa prosesinin isə həkim nəzarəti altında davam etdirildiyi qeyd olunub.

Kataloniya təmsilçisi de Yonqun yaşıl meydanlardan nə qədər uzaq qalacağını hələlik rəsmən açıqlamayıb. Bununla belə, ilkin qiymətləndirmələr 28 yaşlı yarımmüdafiəçinin təxminən dörd ay komandaya kömək edə bilməyəcəyini göstərir.

Beləliklə, Frenki de Yonqun yeni La Liqa mövsümünün ilk oyunlarını buraxacağı artıq dəqiqləşib. Təcrübəli futbolçunun meydanlara dəqiq dönüş tarixi isə bərpa prosesinin gedişindən asılı olacaq.







İspaniya L.L.

"Borussiya"nın ulduzu "Barselona"ya keçdi
  • İspaniya L.L.
  • 14:54 23.07.2026
"Borussiya"nın ulduzu "Barselona"ya keçdi
Serxio Buskets "Barselona"ya qayıda bilər
  • İspaniya L.L.
  • 22:38 22.07.2026
Serxio Buskets "Barselona"ya qayıda bilər