- İspaniya L.L.
- 22:18 25.07.2026
Madrid "Real"ının türkiyəli yarımmüdafiəçisi Arda Gülər mövsümöncəsi hazırlıq zamanı yeni məşqçilər korpusunda xoş təəssürat yaradıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 21 yaşlı futbolçu məzuniyyətdən sonra komandanın düşərgəsinə ilk qoşulan oyunçu olub və elə ilk məşqlərdən yüksək fiziki hazırlığı ilə diqqət çəkib. Valdebebasdakı məşqlərdən sonra məşqçilər korpusunun üzvlərindən biri Arda Gülərin çıxışını yüksək qiymətləndirərək onun "meydanda sanki uçduğunu" deyib.
Qeyd edək ki, türkiyəli futbolçu ötən mövsüm "Real"ın heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 6 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Bununla belə, sağ cinah uğrunda rəqabətin yeni mövsümdə daha da sərt olacağı gözlənilir. Belə ki, Madrid təmsilçisi Bernardo Silvanı transfer edib, Endrik icarədən geri qayıdıb. Bundan başqa, Franko Mastantuono, Braim Dias və Rodriqo da heyətdə yer alır.