26 iyul 2026. Bazar günü

"Atletiko"nun qərarı qətidir - Xulian Alvares "Barselona"ya satılmayacaq


"Atletiko"nun qərarı qətidir  - Xulian Alvares "Barselona"ya satılmayacaq

Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvares gələcək karyerasını "Barselona"da davam etdirmək istəsə də, İspaniya klubu bu transferə razılıq vermək niyyətində deyil.

90deqiqe.Az xəbər verir ki, bu barədə "La SER" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "Atletiko" rəhbərliyinin mövqeyi dəyişməz olaraq qalır və klub argentinalı hücumçunu əsas rəqiblərindən biri olan "Barselona"ya satmayacaq.

Məlumata əsasən, Madrid təmsilçisinin Alvaresi sata biləcəyi yeganə klub İngiltərənin "Arsenal"ıdır.

Qeyd edək ki, 26 yaşlı hücumçunun transfer dəyəri "Transfermarkt" portalı tərəfindən 120 milyon avro qiymətləndirilir.

Xatırladaq ki, daha əvvəl yayılan xəbərlərdə Xulian Alvaresin yay transfer dönəmində "Barselona"ya keçid vədinin yerinə yetirilməməsindən narazı olduğu bildirilmişdi.







İspaniya L.L.

"Borussiya"nın ulduzu "Barselona"ya keçdi
  • İspaniya L.L.
  • 14:54 23.07.2026
"Borussiya"nın ulduzu "Barselona"ya keçdi