26 iyul 2026. Bazar günü

"Barselona"nın müdafiəçisi yeni mövsüm öncəsi zədələndi


"Barselona"nın müdafiəçisi yeni mövsüm öncəsi zədələndi

İspaniyanın "Barselona" klubunun müdafiəçisi Alexandro Balde səhhətində yaranan problem səbəbindən komanda ilə məşqlərdə iştirak edə bilmir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 22 yaşlı futbolçu artıq təxminən bir həftədir qasıq nahiyəsində hiss etdiyi narahatlıq səbəbindən pubalgiya (qasıq ağrısı sindromu) üzrə müalicə alır. Məhz bu problemə görə Balde "Barselona"nın məşq prosesindən kənarda qalıb.

Qeyd edək ki, Alexandro Balde Kataloniya klubunun əsas komandasında indiyədək 168 rəsmi oyuna çıxıb. O, bu matçlarda 3 qol vurub və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, İspaniya çempionu olan "Barselona" 2026/2027 mövsümündə ilk rəsmi oyununu avqustun 23-də səfərdə "Elçe"yə qarşı keçirəcək.







İspaniya L.L.

"Borussiya"nın ulduzu "Barselona"ya keçdi
  • İspaniya L.L.
  • 14:54 23.07.2026
"Borussiya"nın ulduzu "Barselona"ya keçdi