9 sentyabr 2026. Çərşənbə

"Barselona" Joan Qamper Kubokunda "Əl-Əhli" ilə qarşılaşacaq


"Barselona" Joan Qamper Kubokunda "Əl-Əhli" ilə qarşılaşacaq

Misirin "Əl-Əhli" klubu "Barselona" ilə Joan Qamper Kuboku çərçivəsində yoldaşlıq oyununun keçirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma avqustun 19-da "Kamp Nou" stadionunda keçiriləcək.

Bu oyun ənənəvi olaraq "Barselona"nın yeni mövsüm öncəsi əsas komandasının azarkeşlərə təqdimat proqramının bir hissəsi olacaq.

Qeyd edək ki, "Əl-Əhli" Joan Qamper Kubokunda iştirak edəcək ilk Afrika və ərəb klubudur. İndiyədək bu turnirdə yalnız Avropa, Cənubi Amerika və Şimali Amerika təmsilçiləri çıxış ediblər.

Maraqlıdır ki, görüş Misir klubunun gənc hücumçusu Həmzə Əbdülkərimin icarə müddətindən sonra tamhüquqlu əsasda "Barselona"ya transfer edilməsinin ardınca baş tutacaq.







İspaniya L.L.

Flik Rodri və Bernal barədə danışdı
  • İspaniya L.L.
  • 10:00 07.09.2026
Flik Rodri və Bernal barədə danışdı