26 iyul 2026. Bazar günü

Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı


Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı

Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo braziliyalı vinger Vinisius Juniorun yay transfer pəncərəsində komandadan ayrılmasını istəmir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, portuqaliyalı mütəxəssis klub rəhbərliyinə Vinisiusu komandada saxlamaq istədiyini çatdırıb.

Xatırladaq ki, daha əvvəl Londonun "Arsenal" klubunun braziliyalı futbolçu ilə maraqlandığı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Vinisiusun Madrid təmsilçisi ilə qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

24 yaşlı hücumçu 2018-ci ilin yayından "Real"ın formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 53 oyunda meydana çıxaraq 22 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalının məlumatına əsasən, Vinisius Juniorun hazırkı bazar dəyəri 140 milyon avro təşkil edir.







İspaniya L.L.

"Borussiya"nın ulduzu "Barselona"ya keçdi
  • İspaniya L.L.
  • 14:54 23.07.2026
"Borussiya"nın ulduzu "Barselona"ya keçdi