- İspaniya L.L.
- 17:07 26.07.2026
Madrid "Real"ının və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər komandanın yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında çalışmaq barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, "Mundo Deportivo" futbolçunun dediklərini belə çatdırıb.
"Gündəlik işdə Mourinyo kimi əfsanəvi məşqçi ilə işləmək böyük fürsətdir. O və məşqçilər korpusu hər şeyi çox aydın izah edirlər. Meydandan kənarda da olduqca səmimidirlər. İşə başlamaq və daha yaxşı nəticələr göstərmək üçün səbirsizlənirəm. Mövsümöncəsi hazırlıqda ən vacib məqam fiziki hazırlıq üzərində işləməkdir. Eyni zamanda baş məşqçinin tələblərini diqqətlə dinləmək və onları düzgün anlamaq da böyük əhəmiyyət daşıyır"
Qeyd edək ki, Arda Gülər ötən mövsüm İspaniya La Liqasında 33 oyunda meydana çıxıb. 21 yaşlı yarımmüdafiəçi bu görüşlərdə dörd qol vurub və doqquz məhsuldar ötürmə ilə yadda qalıb.