- İspaniya L.L.
- 22:08 28.07.2026
“Real” klubu 2025/26 mövsümünün maliyyə hesabatını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, İspaniya nəhəngi tarixinin ən yüksək gəlir göstəricisinə imza atıb.
Klubun yayımladığı hesabatda qeyd olunub ki, transfer gəlirləri nəzərə alınmadan əməliyyat gəlirləri 1 milyard 221 milyon avro təşkil edib. Bu göstərici ötən mövsümlə müqayisədə 3,1 faiz çoxdur.
Bildirilib ki, “Real Madrid” illik gəliri 1 milyard avronu keçən ilk idman klubu olub. Gəlirlərin artımında əsas amillər kimi “Santyaqo Bernabeu” stadionundan əldə olunan qazanc və kommersiya fəaliyyətinin genişlənməsi göstərilib.
Məlumata görə, iyunun sonuna klubun stadionun yenidənqurulması layihəsi nəzərə alınmadan xalis borcu 8,7 milyon avro təşkil edib.