29 iyul 2026. Çərşənbə

"Rayo Valyekano" stadionsuz qala bilər


"Rayo Valyekano" stadionsuz qala bilər

İspaniyanın "Rayo Valyekano" klubu ciddi problemlə üz-üzə qalıb.

90deqiqe.Az-ın məlumatına görə, Madridətrafı təmsilçi uzun illərdir icarə əsasında istifadə etdiyi stadionunu itirmək təhlükəsi ilə qarşılaşıb.

Yerli hakimiyyət orqanları arenanın təhlükəsizlik baxımından tələblərə cavab vermədiyini əsas gətirərək, stadionun icarə məqsədilə istifadəsinə qadağa qoyulacağı ilə bağlı xəbərdarlıq edib.

Bu qərar qüvvəyə minərsə, uzun müddətdir texniki vəziyyəti ilə bağlı narahatlıqlar doğuran stadiondan istifadə mümkün olmayacaq. İspaniya çempionatının başlamasına sayılı həftələr qalmış bu xəbər klub üçün ciddi zərbə hesab olunur.

Qeyd edək ki, "Rayo Valyekano" ötən mövsüm tarixi uğura imza ataraq ilk dəfə avrokuboklara vəsiqə qazanmış və UEFA Konfrans Liqasının finalına qədər irəliləmişdi.







İspaniya L.L.

"Rayo Valyekano" stadionsuz qala bilər
  • İspaniya L.L.
  • 23:34 28.07.2026
"Rayo Valyekano" stadionsuz qala bilər
“Real Madrid” rekord gəlir açıqladı
  • İspaniya L.L.
  • 22:08 28.07.2026
“Real Madrid” rekord gəlir açıqladı