29 iyul 2026. Çərşənbə

Mourinyo Qonsalo Qarsiyanın "Real"da qalmasını istəyir


Mourinyo Qonsalo Qarsiyanın "Real"da qalmasını istəyir

Madrid "Real"ının hücumçusu Qonsalo Qarsiya növbəti mövsümdə də komandanın heyətində qala bilər.

90deqiqe.Az-ın "Marca" nəşrinə istinadən məlumatına görə, "kral klubu"nun baş məşqçisi Joze Mourinyo 22 yaşlı ispaniyalı forvardın komandada saxlanılmasının tərəfdarıdır.

Bildirilib ki, portuqaliyalı mütəxəssis heyətdə Qarsiya ilə eyni oyun xüsusiyyətlərinə malik başqa hücumçunun olmadığını düşünür. Mourinyo ötən mövsüm az oyun praktikası qazanan futbolçunu komandada qalmağa razı salmağa çalışır.

Qeyd edək ki, Qonsalo Qarsiya ötən mövsüm bütün turnirlərdə 8 qola və 3 məhsuldar ötürməyə imza atıb.

22 yaşlı hücumçunun "Real Madrid"lə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.







İspaniya L.L.

"Rayo Valyekano" stadionsuz qala bilər
  • İspaniya L.L.
  • 23:34 28.07.2026
"Rayo Valyekano" stadionsuz qala bilər
“Real Madrid” rekord gəlir açıqladı
  • İspaniya L.L.
  • 22:08 28.07.2026
“Real Madrid” rekord gəlir açıqladı