- İspaniya L.L.
- 00:37 29.07.2026
"Real" 2026/27 mövsümünə hazırlıq çərçivəsində keçirdiyi yoldaşlıq görüşündə "Leqanes"i 4:1 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, Joze Mourinyonun rəhbərlik etdiyi komandanın heyətində qolları Federiko Valverde, Qonsalo Qarsiya və Franko Mastantuono vurublar. "Kral klubu"nun dördüncü qolu isə "Leqanes" futbolçusunun avtoqolu nəticəsində qeydə alınıb.
Qeyd edək ki, "Real Madrid" yeni mövsümdə ilk rəsmi oyununu avqustun 22-də keçirəcək. Madrid təmsilçisi İspaniya çempionatının ilk turunda səfərdə məhz "Leqanes"in qonağı olacaq.
Xatırladaq ki, "Real Madrid" ötən mövsümü heç bir titul qazanmadan başa vurub. Joze Mourinyo isə bu yay yenidən "kral klubu"nun baş məşqçisi vəzifəsinə qayıdıb.