- İspaniya L.L.
- 00:37 29.07.2026
"Barselona"nın prezidenti Joan Laporta səhhəti ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, ürək ritmində yaranan problem səbəbindən bir müddət xəstəxanada müalicə alan klub rəhbəri əməliyyatın uğurla keçdiyini bildirib.
"Hər şey yaxşı keçdi! Aritmiyam aradan qaldırıldı! Ürəyim yenidən normal ritmdə döyünür!" – deyə Laporta paylaşımında yazıb.
"Barselona" prezidenti eyni zamanda müalicəsində iştirak edən həkimlərə təşəkkürünü bildirib. O, bu çətin dönəmdə ona dəstək olan hər kəsə də minnətdarlığını ifadə edib.
Qeyd edək ki, "Barselona" 2026/2027 mövsümündə ilk rəsmi oyununu avqustun 23-də keçirəcək. Hans-Diter Flikin rəhbərlik etdiyi komanda səfərdə "Elçe" ilə qarşılaşacaq.