30 iyul 2026. Cümə axşamı

Zidan Ferlan Mendini Fransa millisinə qaytarmaq istəyir


Zidan Ferlan Mendini Fransa millisinə qaytarmaq istəyir

"Real Madrid"in müdafiəçisi Ferlan Mendi yenidən Fransa millisindən dəvət ala bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan futbolçunun əvvəlki formasını bərpa edəcəyi təqdirdə onu yenidən yığmaya çağırmağa hazırdır.

Qeyd olunur ki, Zidan Ferlan Mendinin oyun keyfiyyətlərini yüksək qiymətləndirir və onu Fransa millisinin əsas sol cinah müdafiəçisi kimi görmək niyyətindədir.

Xatırladaq ki, Ferlan Mendi daha əvvəl Zinəddin Zidanın rəhbərliyi altında "Real Madrid"də çıxış edib.

Müdafiəçi sonuncu dəfə 2024-cü ilin iyununda Kanada millisinə qarşı keçirilən yoldaşlıq oyununda Fransa yığmasının formasını geyinib.

Ümumilikdə isə Ferlan Mendi Fransa millisinin heyətində 10 oyunda iştirak edib.







İspaniya L.L.

"Rayo Valyekano" stadionsuz qala bilər
  • İspaniya L.L.
  • 23:34 28.07.2026
"Rayo Valyekano" stadionsuz qala bilər
“Real Madrid” rekord gəlir açıqladı
  • İspaniya L.L.
  • 22:08 28.07.2026
“Real Madrid” rekord gəlir açıqladı