31 iyul 2026. Cümə

Məhkəmə "Real Madrid"in La Liqaya qarşı iddiasını rədd etdi


Məhkəmə "Real Madrid"in La Liqaya qarşı iddiasını rədd etdi

Madrid məhkəməsi "Real Madrid" klubunun televiziya yayım hüquqlarından əldə olunan gəlirlərin bölüşdürülməsi ilə bağlı La Liqaya qarşı qaldırdığı iddianı təmin etməyib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi 2023-cü ilin avqustunda qəbul edilmiş və klubların sosial fəallıq göstəricisinə əsasən televiziya gəlirlərinin bir hissəsinin bölüşdürülməsi meyarlarını müəyyən edən qərarın etibarsız sayılmasını tələb edirdi.

Məhkəmə La Liqanın mövqeyini haqlı hesab edərək qərarın qüvvədə olan qanunvericiliyə uyğun qəbul edildiyini bildirib. Qeyd olunub ki, sözügedən razılaşma əvvəlcə audiovizual hüquqların idarə olunmasına nəzarət edən qurum tərəfindən təsdiqlənib, daha sonra isə La Liqa klubları tərəfindən tələb olunan səs çoxluğu ilə qəbul olunub.

Bundan əlavə, məhkəmə La Liqanın səlahiyyətlərindən sui-istifadə etdiyinə dair heç bir əlamət aşkar etməyib. Həmçinin vurğulanıb ki, "Real Madrid" iddia ərizəsində qeyd etdiyi maliyyə zərərinin mövcudluğunu sübut edən dəlillər təqdim etməyib.

La Liqa xatırladıb ki, daha əvvəl klubun işi cinayət icraatı qaydasında araşdırmaq cəhdi də məhkəmə tərəfindən rədd edilmişdi.

Məhkəmənin qərarı hələlik qanuni qüvvəyə minməyib. "Real Madrid"in qərardan 20 iş günü ərzində apellyasiya şikayəti vermək hüququ var.







İspaniya L.L.

Reşford "Mançester Yunayted"ə qayıtdı
  • İspaniya L.L.
  • 23:19 30.07.2026
Reşford "Mançester Yunayted"ə qayıtdı