31 iyul 2026. Cümə

"Alba "Barselona" tarixinin ən yaxşı cinah müdafiəçisidir"


"Alba "Barselona" tarixinin ən yaxşı cinah müdafiəçisidir"

"Barselona"nın müdafiəçisi Alexandro Balde Kataloniya klubunun tarixində ən yaxşı cinah müdafiəçisi hesab etdiyi futbolçunun adını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 22 yaşlı ispaniyalı futbolçunun fikirlərini klubun mətbuat xidməti yayıb.

"Mən həmişə Jordi Albanın oyununu izləyirdim və onu çox bəyənirdim. Onun ötürmələri və sürəti möhtəşəm idi. Mənim üçün o, "Barselona" tarixinin ən yaxşı cinah müdafiəçisidir", - deyə Balde bildirib.

Qeyd edək ki, Jordi Alba 2012-2023-cü illərdə "Barselona"nın formasını geyinib. Təcrübəli müdafiəçi bu müddət ərzində Kataloniya təmsilçisinin heyətində 459 oyunda meydana çıxıb, 27 qol vurub və 99 məhsuldar ötürmə ilə yadda qalıb.

Alba "Barselona" ilə altı dəfə İspaniya çempionu olub, həmçinin bir dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.







İspaniya L.L.

Reşford "Mançester Yunayted"ə qayıtdı
  • İspaniya L.L.
  • 23:19 30.07.2026
Reşford "Mançester Yunayted"ə qayıtdı