31 iyul 2026. Cümə

Reşford "Mançester Yunayted"ə qayıtdı


Reşford "Mançester Yunayted"ə qayıtdı

İngiltərə millisinin hücumçusu Markus Reşford icarə müddətinin başa çatmasının ardından "Barselona"dan ayrılaraq "Mançester Yunayted"ə qayıdıb.

90deqiqe.Az xəbər verir ki, 28 yaşlı futbolçu sosial şəbəkə hesabında Kataloniya klubuna təşəkkür edərək azarkeşlərlə vidalaşıb.

"Mənə burada keçirdiyim dövrü bu qədər müsbət və unudulmaz edən klubdakı hər kəsə dərin təşəkkürümü bildirirəm. Burada keçirdiyim hər anın zövqünü çıxardım və özümlə çoxlu xüsusi xatirələr aparıram. Kluba və bütün azarkeşlərinə yeni mövsümdə uğurlar arzulayıram", - deyə Reşford paylaşımında yazıb.

İngiltərə millisinin üzvü "Barselona"nın heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 14 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Reşford yeni mövsümə "Mançester Yunayted"in heyətində hazırlaşacaq. Mövcud müqaviləyə əsasən, futbolçu daha iki il Mançester təmsilçisinin formasını geyinəcək.







İspaniya L.L.

Reşford "Mançester Yunayted"ə qayıtdı
  • İspaniya L.L.
  • 23:19 30.07.2026
Reşford "Mançester Yunayted"ə qayıtdı