1 avqust 2026. Şənbə

"Barselona"nın baş məşqçisi Ferran Torresin gələcəyi barədə danışdı


"Barselona"nın baş məşqçisi Ferran Torresin gələcəyi barədə danışdı

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın hücumçusu Ferran Torresin gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, "Barca Buzz" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

 "Dünya çempionatı zamanı onunla danışmışdım, amma hazırda istirahətdədir. Buna hörmətlə yanaşmaq istəyirəm.

Ötən mövsüm Torres ona şans verilən zaman komandamız üçün nə qədər vacib futbolçu olduğunu göstərdi", – deyə alman mütəxəssis bildirib.

 Daha əvvəl mətbuatda 26 yaşlı ispaniyalı futbolçunun PSJ-yə keçə biləcəyi barədə məlumatlar yayılmışdı. Torresin adı digər Avropa klubları ilə də hallanırdı.

Qeyd edək ki, Transfermarkt portalı Ferran Torresin bazar dəyərini 55 milyon avro qiymətləndirir. İspan hücumçu bu yay milli komandanın heyətində dünya çempionatının finalında qalibiyyət qolunun müəllifi olub.







İspaniya L.L.

Reşford "Mançester Yunayted"ə qayıtdı
  • İspaniya L.L.
  • 23:19 30.07.2026
Reşford "Mançester Yunayted"ə qayıtdı